Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Avqust

2019
14:02
1033
Bakıda yeni liftlərin quraşdırılması davam edir - FOTO

Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb.

Bu barədə Faktxeber.com Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib.

İlkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərzində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatmış və burada quraşdırılmış liftlərin Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən istismara qəbul işləri görülür. Eyni zamanda Nizami rayonu Naxıvanski küçəsi və Qara Qarayev prospektindəki 3 yaşayış binalarında da 22 ədəd yeni lift quraşdırılıb, Qaradağ rayonu Müşfiq qəsəbəsində və rayondakı “E” yaşayış massivindəki binalarda 21 ədəd yeni liftlərin quraşdırılaraq müvafiq qaydada təhvil verilməsi başa çatmaqdadır. Ümumilikdə isə bu gün Nizami rayonunda 39, Qaradağ rayonunda isə 42 ədəd yeni liftin quraşdırılması işi həyata keçirilir.

Yeni liftər müasir elektron sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Eyni zamanda 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnmişdir. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.

Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. İlin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub. "Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur", - deyə İcra Hakimiyyətindən bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb. Müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Keçən ay 63 ədəd lift Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb. Eyni zamanda Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür.

Məqalədə : Lift 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1117

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
708

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru