Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
15:05
Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

Problemlərdən yayınmaq üçün mobil telefondan istifadə beyinə «yenidən yüklənməyə» imkan vermir, əksinə intellektual resursların daha da tükənməsinə gətirir. FaktXeber.com-un Eurekalert-ə istinadla verdiyi məlumata görə, Ratqers Universitetindən olan amerikalı alimlər  414 tələbənin iştirakı ilə keçirdikdəri eksperimentdən sonra bu nəticəyə gəliblər. 

Onlar fasilədən əvvəl və sonra hər biri 10 olmaqla 20 dəst hərfdən ibarət anaqramma qurublar. İstirahət vaxtı problemdən dincəlmək üçün iştirakçılara testdən keçmək təklif olunub:  onlar mağazada müəyyən büdcəni qarşılamaqla 3 alış veriş etməli və sonra seçimlərini əsaslandırmalı idilər.

Müxtəlif qrupun üzvləri tapşırığı smartfonda, kompyuterdə və kağız üzərində həyata keçirdilər.  Eksperiment nəticəsində aydın olub ki, testin  həyata keçirilməsi üçün smartfondan istifadə edən iştirakçılar digərlərinə nisbətdə 19 faiz çox zaman sərf edib. Bunun yanında nəticələr də digərlərindən pis olub: onlar məsələni 22 faiz daha az həll edə biliblər.

Alimlər ehtimal edirlər ki, telefonla baş qarışdırmaq istifadəçilərə digər problemlərin həllində diqqəti yayındırır.

Onların fikrincə, hətta ekrana bir baxış belə insanlarda ismarıcları yoxlama, güncəl məlumat axtarma və sair hisslər oyadır ki, bu da smartfonların belə effektinə səbəb olur. Notbuk və ya personal kompyuterlərdə bu hal daha az nəzərə çarpır.

Məqalədə : smartfon mobil telefon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
229

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
319

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1223
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 22:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru