Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
14:27
1609
Şeyx Zəkzaki və xanımının yeri bilinmir

Şeyx İbrahim Zəkzaki və xanımı Hindistandan qayıtdıqdan sonra naməlum istiqamətdə aparılıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Nigeriya İslami Hərəkatı bəyanat yayıb.

Hərəkatın sözcüsü İbrahim Musa yayımlanan açıqlamada Nigeriya polis qüvvələrindən Şeyxin saxlanıldığı yerin xalqa açıqlaması tələbini irəli sürüb. Bəyanatda deyilir ki, Şeyx Zəkzaki və xanımı Abuca hava limanına enişdən dərhal sonra onların gəlişini saatlarla gözləyən media nümayəndələrinə göstərilmədən bir növ qaçırılıblar. 

Xatırladaq ki, avqustun 12-də müalicə üçün Hindistana göndərilən Nigeriya İslami Hərəkatın lideri Şeyx İbrahim Zəkzaki və xanımı müalicə prosesindən narazı qalmaları, etibarlı həkimin tapılmaması və ciddi təhlükəsizlik məhdudiyyətləri səbəbindən  avqustun 15-də Dehlidən Abucaya yola düşüblər.

Həmin vaxt Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa isə bildirmişdi ki, Şeyx Zəkzaki Nigeriyaya qayıtdıqdan sonra Türkiyə, Malayziya və ya İndoneziyada müalicə ala biləcək. "Şeyx Zəkzaki ölkəyə qayıtdıqdan sonra müalicəsi üçün alternativ variantlar üzərində düşünəcəyik. O, özü Malayziya, Türkiyə və ya İndoneziyada müalicə olunmaq istəyir".

Şeyx İbrahim Zəkzakinin səhhətində müxtəlif ciddi problemlərdən əlavə, gözlərindən biri demək olar ki, görmə qabiliyyətini itirib.

Qeyd edək ki, məhkəmənin azad etməsi barədə qərarına baxmayaraq, Şeyx Zəkzaki 3,5 ildir ki, qeyri-qanuni şəkildə həbsxanada saxlanılır.

Xəstəxana hesabatları İslam aliminin və xanımının  vəziyyətinin pis olduğunu, onların həbsxanada zəhərlənə biləcəyini göstərib.

Xatırladaq  ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Müxtəlif məlumatlara görə hücum zamanı onun 3 övladı da daxil olmaqla  300-100 nəfər şəhid edilib. Bundan başqa Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Məqalədə : Şeyx Zəkzaki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
206

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
220

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
264

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1099

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1275

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1064

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1095

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
483
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 01:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru