Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
10:49
Bakıda antisanitar qənd istehsalı sexi aşkarlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.

AQTA-dan FaktXəbər-ə verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Nərimanov rayonu, İslam Abışov, ev 6 ünvanında yerləşən fiziki şəxs Novruzov Əbdulla Əmir oğluna məxsus “Araz” əmtəə nişanlı qənd istehsalı sexinə baxış keçirilib.

Baxış zamanı sexdə məhsulların istehsalında sanitariya-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Sexdə preslənmiş kəllə qəndin istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, bişmə prosesi təbii qaz vasitəsi ilə həyata keçirilsə də, təhlükəsizlik tədbirlərinin görülmədiyi, istehsal sahəsinə daxil olan suyun toksikoloji, mikrobioloji müayinələrinin aparılmadığı aşkar edilib.

Məlum olub ki, şəkər tozu təmizlənmədən birbaşa bişmə qazanına daxil edilir, qarışdırıcı qazandan preslənmə qurğusuna tökülən şəkər kütləsinin nəmliyinin kütlə payı müəyyənləşdirilmir, bişmə prosesində ticarət şəbəkələrindən qayıdan, üzərində yararlılıq müddəti qeyd olunmayan, antisanitar şəraitdə saxlanılan qəndlərdən istifadə edilir.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Qənd məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə : qənd AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15372

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14012

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15446

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15054

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20387

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14939

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15058
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 07:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru