Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
15:23
1061
İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycana gəldi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub.

Tarix İnstitutundan verilən məlumata görə, Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, Bakıya “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə gəlib. Hazırda Almaniyada yaşayır, ixtisasca isə mühəndisdir.

Bildirilib ki, Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. 2012-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. Son illərdə institutun Elmi Şurasının qərarı ilə “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” adlı əsərlər Azərbaycan, rus, ingilis, ispan, ərəb, fars və erməni dillərində çap olunub.

Görüş zamanı qeyd edilib ki, Azərbaycan həqiqətləri müxtəlif yollarla dünya ictimaiyyətinə çatdırılır və xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də diaspor təşkilatlarımızın birgə fəaliyyəti isə olduqca vacibdir. Elmi Şurada İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə olunub.

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, institutun şöbə müdirləri Ədalət Qasımov, Mais Əmrahov və Allahverdi Əlimirzəyev, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Nədimə Rəhimli də iştirak etmişlər.

Məqalədə : İrəvan xanlığı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1117

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
708

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru