Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
14:58
1101
Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev İslam dininin tarixində unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını, dünyanın bütün Əhli-beyt sevərlərini başda İmam Zaman (ə.f) olmaqla təbrik edib. Qurumun mətbuat xidmətindən FaktXəbər-ə daxil olan təbrik müraciətində deyilir:

“Əziz həmvətənlərimiz, qardaş və bacılar, İslam dünyasının Əhli-beyt aşiqləri! Sizləri İslam dininin tarixində unudulmaz gün sayılan və hər il dünyanın hər yerində qeyd olunan Qədir-Xum bayramı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirirk. Allahın əmri və  əziz Peyğəmbərimizə nazil etdiyi vəhy ilə sönməz Vilayət və İmamət günəşinin doğum günü kimi qeyd olinan Qədir-Xum bayramı bütün müsəlmanlar üçün olduqca dəyərlidir. Bu gün müqəddəs İslam dininin bütövlüyünü, tamlığını və qiyamətə qədər bəşəriyyəti düzgün istiqamətə yönləndirməyi şərtləndirən və fəlsəfi məzmununda İslam dininin özü qədər dəyərli əlamətlərini daşıyan bir bayram, həqiqətən unudulmaz bir gündür. Məhz bu fəlsəfi əhəmiyyətinə görədir ki, dünyanın həqiqi müsəlmanları hər il Zilhiccə ayının 18-də dünyanın hər yerində bu günü əziz bayram kimi geniş qeyd edirlər.

Mahiyyət etibarı ilə Qədir-Xum günü Allahın əziz Peyğəmbərimizə (s) nazil etdiyi vəhylə  sübut olunur  ki, bu gün dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, Həzrət Əlinin (ə) Allahın vəlisi, Peyğəmbərin davamçısı-vəsisi  və xilafətin rəhbəri olduğu gündür. Bu gün həm də kafir və münafiqlərin ümidlərini puç edən, müşrik dəstələrin  mənəvi tənəzzülünü göstərən bir gündür. Onlar nə qədər kəc və zalım olsalar da  bu günü inkar edənlər, fitnəkarlar Allahın göndərdiyi və qoruduğu neməti sonadək aradan apara bilməyəcəklər. 

Əziz qardaş və bacılar, sizləri bir daha müqəddəs və unudulmaz Qədir-Xum bayramı münasibətilə təbrik edir, Quranı, Əhli-beyti(ə) sizlər üçün ən dəyərli nemət qərar verən Allahdan hamınıza  can sağlığı, bu nemətlərdən heç birinizi uzaq salmamağı diləyirik. Bayramınız mübarək olsun!”

Məqalədə : Qədir-Xum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
206

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
220

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
264

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1099

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1275

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1064

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1095

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
483
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 01:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru