Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Avqust

2019
11:15
1278
İranın `Grace-1` neft tankeri Cəbəllütariqi tərk edib

İranın «Grace 1» neft tankeri Cəbəllütariqi tərk edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Wall Street Journal xəbər yayıb.

Bildirilir ki, gəmi «Adrian Dary» adı ilə İran bayrağı altında bazar günü gecə yarısı yola çıxıb.

Xatırladaq ki, gəmi iyulun 4-də Suriyaya neft daşıdığı iddiası ilə saxlanılmışdı. Lakin avqustun 15-də Cəbəllütariq hakimiyyəti İranın "Grace 1" tankerini buraxmaq barədə qərar vermişdi. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  "Grace 1" tankerinin Cəbəllütariq tərəfindən saxlanılmasının qanunsuz olduğunu demişdi: "Əslində heç bir şey dəyişmədi, həbs 100% qanunsuz idi".

Lakin Cəbəllütariq boğazı gəmi üzərindən həbs qərarını götürdükdən bir gün sonra ötən cümə günü Amerika Birləşmiş Ştatları gəmi üzərinə həbs qoymuşdu. Bununla belə, Cəbəllütariq hökuməti Vaşinqtonun “Grace1” İran tankerinin həbs müddətinin uzadılması tələbini rədd edərək bildirdi ki, Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiya rejimləri arasındakı fərq səbəbindən Vaşinqtonun tələbi əsasında gəmini daha saxlaya bilməyəcəklər.

Ölkə hakimiyyətinin bu barədə yaydığı bəyanatında bilddirilmişdi ki, Aİ qanunvericiliyinin əhatə dairəsi daha dardır və gəminin daha sonra tutulması üçün heç bir əsas yoxdur: “Hakimiyyət Avropa İttifaqı qanunvericiliyinin qüvvədə olduğu üçün və Aİ və ABŞ-da İrana qarşı tətbiq edilən sanksiyalardakı fərqlərə görə tələblərin icrasını tələb edə bilməz”.

Onu da qeyd edək ki, İran "Grace 1" tankerinin Cəbəllütariq hakimiyyəti tərəfindən sərbəst buraxıldıqdan sonra Suriyaya getməyəcəyinə dair zəmanət verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1117

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
707

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru