Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Avqust

2019
10:49
1479
Yeni formalar bu yol polislərinə verildi - FOTO

Artıq Respublika Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb.

Yeni xidməti formalar ilk olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) yol patrul xidməti əməkdaşlarına paylanıb. Lakin paytaxtda da bütün yol polisi əməkdaşları yeni formalarda deyil.

Məsələ ilə bağlı BŞDYPİ-dən Trend-ə bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: "Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək".

Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rəngliddir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.

Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
487

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
584

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
626

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1116

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
707

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
679
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 06:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru