Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
15:57
1858
İran: `Grace 1` tankeri ilə bağlı heç kəsə söz verməmişik

İran "Grace 1" tankerinin Cəbəllütariq hakimiyyəti tərəfindən sərbəst buraxıldıqdan sonra Suriyaya getməyəcəyinə dair zəmanət verməyib.

FaktXəbər-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

Bundan əvvəl İngiltərə Xarici İşlər Nazirliyi İrandan Cəbəllütariq tərəfindən azad edilən "Grace 1" tankerinin Suriyaya getməyəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirməsini tələb etmişdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz növbəsində Cəbəllütariq tərəfindən "Grace 1"in saxlanılmasının qanunsuz olması ilə bağlı Tehranın mövqeyini təkrarlamışdı.

Qeyd edək ki, İranın "Grace 1" tankeri sanksiyalara zidd olaraq Suriyaya neft çatdırdığı iddia edildiyi üçün Böyük Britaniyanın Kral Dənizçiləri tərəfindən iyulun 4-də Cəbəllütariq sahillərində tutulmuşdu.

Avqustun 15-də Cəbəllütariq tankeri azad edib.

Məqalədə : İran tanker 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
197

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
210

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
255

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1091

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1267

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1056

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1086

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
481
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 00:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru