Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
14:34
Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər

Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş qondarma “Dağlıq Qarabağ” rejimi növbəti təxribata əl atıb.

Separatçı qurumun “keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.

Paralel olaraq, Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 hidoelektrik staniyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.   

Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.   

Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.

Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq qurum 2017-ci ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi. (modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
130

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
250

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
263

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
235

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
240

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
235

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
255

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
208
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 03:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru