Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2019
12:34
Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır - FOTO

Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünə aid obsidian alətlərini araşdırır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Faktxeber.com-a verilən məlumata görə, Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası (lithic technology) üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.

Tədqiqata əsasən, Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib. Tədqiqatın əsas məqsədi Azərbaycan ərazisində neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsidir.

Yaponiyalı tədqiqatçıya elmi araşdırmalarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı Əjdər Babazadə yardım edir.

Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43910

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42195

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48833

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43236

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43661
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-10-2020 12:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru