Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
15:22
953
7 ayda 21,1 milyard xərcləmişik

2019-cu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 21,1 milyard manata bərabər olmuşdur.

Dövlət Statistika Komitəsindən FaktXeber.com-a verilən məlumatda bildirilir ki, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,2 faiz artmışdır.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,2 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 5,1 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
101

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
117

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
218

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
134

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
171
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru