Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
10:15
Bakıda söküləcək binaların yeni SİYAHISI AÇIQLANDI

Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: "Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir. Bunlar Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2, Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A, Sabunçu qəs. 2 Aprel küçəsi-18, Sabunçu qəs. D.Pişəvari küçəsi 13Q, Sabunçu qəs. D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir. Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar Suraxanı rayonu Park küç-32, S.Bəhlulzadə dön-17 ev- 15, İ. Məmmədov küç. 6, İ. Məmmədov küç-8 ünvanlarındakı kəskin qəzalı binalardır. Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək”.

Məqalədə : binalar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42716

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41070

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42643

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42144

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47642

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42096

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42461
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 02:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru