Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Avqust

2019
09:48
Onlar sizi kompüterlərinizdən dinləyirlər

“Microsoft” şirkəti öz əməkdaşları tərəfindən istifadəçilərin səs yazılarının dinlənilməsinin mümkünlüyünü etiraf edib.

“RİA Novosti”nin yazdığına görə, buna əməliyyat sisteminin son yenilənmələri imkan verir.

Bildirilir ki, “Microsoft”un məxfilik siyasətinin yenilənməsinə əsasən, şirkət “Microsoft Cortana” səs köməkçisindən və ya “Skype Translator”dan alınan məlumatları analiz edə bilir.

“Fərdi məlumatların işlənməsinə həm avtomatlaşdırılmış, həm də əl ilə işləmə üsulları daxildir”, - deyə yenilənmədə qeyd olunur.

“Vice” portalının yazdığına görə, “Microsoft” istifadəçilərin şəxsi dialoqlarının dinlənilməsi üçün podratçı firmaları işə cəlb edib. Şirkət bu məlumatı qismən təsdiqləyib.

“İnsanların bəzən kontentin öyrənilməsi ilə məşğul olduqlarını daha dəqiq konkretləşdirməyi qərara aldıq”, - deyə şirkət nümayəndəsi portalın rəyinə cavab verərkən bildirib.

Portal onu da əlavə edir ki, buna qədər “Microsoft”un məxfilik siyasətində istifadəçilərin səs yazılarının başqa insanlar tərəfindən dinlənilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmurdu.

Məqalədə : Microsoft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
70

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
160

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
369

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
646
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 11:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru