Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2019
11:00
3157
AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlərimiz, müsəlman qardaş və bacılar! Sizləri müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik.  Həzrət İbrahim Peyğəmbərdən yadigar qalan bu bayram insanlığın, onun Allaha bəndəçiliyinin  ən uca məqamını, fəlsəfi mahiyyətini, Allah- Təalanın insana rəhməti və sevgisini göstərən əzəmət simvoludur.  İnsanlıq durduqca Allahın bəşər övladına bu sevgisi və rəhməti duracaq. Qurban bayramı cəmiyyətin bütövlüyünü, onun təbəqələri arasında olan insani münasibətləri tənzimləmək üçün bizlərə mənəvi  göstərici ləri və tələb olunan ictimai dəylərləri  təlqin edir. Bu gün vasitəsilə Uca Yaradan bəşəriyyəti haqqa və ədalətə çağırır. O sübut edir ki,  İnsan malik olduğu bütün varlıqlardan və ən əziz nemətlərdən belə  Allah üçün, Onun əmrini yerinə yetirməyə rəğmən keçən zaman Yaradan qarşısında ucalır, əbədi olan rəhmət nemətinə qərq olur. 

Allah-Təala bu nümunəni -Həzrət İbpahim Peyğəmbərin yeganə əziz-xələfi olan İsmailin Allah yolunda qurban kəsməyə hazır olması və İsmailin anası Hacərin güclü imanı və bu üç şəxsiyyətin tərəddüd etmədən seçimi timsalında bəşəriyyətə təqdim etməklə insanın həqiqi kamillik yolunu göstərmişdir.

Təəssüflər olsun ki, Allah-Təalanın bu imtahanından düzgün nəticə çıxarmaq əvəzinə insanlığaa qarşı yersiz və ciddi haqsızlıqlar törədilir, ədalətsiz müharibələr, qətliamlar və zülmlər həyata keçirilir. Bu, hakim zümrələrin sadə insanlara, Allah, Vətən, torpaq, din yolunda hər şeydən keçə bilən möminlərə, hətta din alimlərinə qarşı münasibətdə baş verir. Dünyada hələ də müsəlmanlara həqarətlər olunur, onların hüquqları əllərindən alınır, böyük faciələrə məruz qoylur. Suriyada, Fələstində, Əfqanıstanda, Yəməndə, Kəşmirdə baş verənlər və bu haqsızlıqlara  xristian ölkələrinin, dünyanın demokratik təsisatlarının, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların susması və biganəliyi  müsəlman ümmətindən istismarçı siniflərə, hegemon hakimlərə qarşı  birləşməyi vacib edir. 

Biz Allahdan hər növ haqsızlıqlar törədən qövmlərin, ayrı-ayrı  hakimlərin tezliklə hidayət olunmasını, Vətən torpaqlarımızın düşmən tapdağından azad edilməsini  diləyirik. Bir daha Azərbaycanımızın  müsəlman xalqını, dünya müsəlmanlarını mərhəmət dolu müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Evlərinizə bol ruzi-bərəkət, qəlblərinizə Allah sevgisi, hər kəsə can sağlığı, xoş axirət diləyirik!”

Məqalədə : AİP Qurban bayramı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
165

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1033

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
233

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
385
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 00:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru