Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
12:43
Qırğızıstanın keçmiş prezidenti korrupsiyada ittiham olunur

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev korrupsiyada ittiham olunur. 

FaktXəbər-in məlumatına görə, bunu cümə günü TASS-a keçmiş dövlət başçısının vəkili Sergey Slesarev açıqlayıb.

"Atambaev korrupsiyada ittiham olundu, hələlik başqa məlumat yoxdur", - deyə o bildirib.

Onun sözlərinə görə, Qırğızıstanın sabiq prezidenti istintaq tədbirləri müddətinə 26 avqusta qədər həbsdə qalacaq. Vəkilin sözlərinə görə, Atambayevin tutulması zamanı bir sıra prosedur qaydaları pozulub. Xüsusilə, keçmiş dövlət başçısına həbs barədə heç bir sənəd təqdim olunmayıb, ona “bildiriş verildi və dərhal qabaqlayıcı tədbir görüldü”,- Slesarev deyib.

Atambayev cümə axşamı, təxminən 24 saat davam edən xüsusi əməliyyat zamanı Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında tutulub. Dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edən keçmiş dövlət başçısının tərəfdarları müqavimət göstəriblər, əməliyyat zamanı bir xüsusi təyinatlı zabit öldürülüb. Son məlumatlara görə, 98 nəfər yaralanıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Atambayevin təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək konstitusiyanı pozduğunu söyləyib.

Məqalədə : Atambayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

23

Yanvar
18:33
HÜQUQ,HADİSƏ
304

Qubada körpələr evi yanıb

23

Yanvar
18:25
HÜQUQ,HADİSƏ
350

Yanvarın 24-nə manatın məzənnəsi

23

Yanvar
17:30
İQTİSADİYYAT
292

Qaqarinin maşını satışa çıxarılır

23

Yanvar
17:15
DÜNYA
385
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 08:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru