Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2019
12:31
Qeyri-sabit hava ilə bağlı AÇIQLAMA

AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu Azərbaycanda avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb.

İnstitutun direktoru Ramiz Məmmədov havanın belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib.

Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olaraq, iqlim dəyişikliyi həm kənd təsərruüfatına, həm də insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

O qeyd edib ki, BMT-nin hesabatında fəsil anlayışının artıq yaddan çıxacağı fikirləri əksini tapıb: “Yəni yaz, payız, qış fəsilləri anlayışı olmayacaq. Məsələn, yay aylarında 40 dərəcə isti ola, 5 gündən sonra isə qar yağa bilər. Anoloji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alındı. Yayda Qubada qar yağmışdı. Bütün bu təzadlar iqlim dəyişikliyinin nəticəsidir ”.

R.Məmmədov vurğulayıb ki, bu iqlim dəyişikliyi insanın fəaliyyətinin, ətraf mühitə təsirinin nəticəsidir: “İlk növbədə ABŞ, Çin, Hindistan kimi ölkələr atmosferə atılan karbon qazının miqdarını azaltmalıdırlar. Ancaq təəssüf ki, bu dövlətlər karbon qazının səviyyəsinin azaldılmasına maraq göstərmirlər. Çünki bu, iqtisadiyyat üçün böyük maliyyə vəsaiti tələb edir. Buna görə də Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ atmosferə atılan karbon qazınını azaldılmasını nəzərdə tutan Paris Sazişindən çıxdı. Nəzərə almalıyıq ki, dünyada istehsalın 37 faizi məhz ABŞ-da cəmləşib. Əgər böyük dövlətlər maraq göstərmirsə, hansı nəticəyə nail ola bilərik? Nəticədə də belə ekstremal halların həm diapazonu genişlənəcək, həm də təkrarlanma sayı artacaq”. (report)

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zərdabda bir ev tamamilə yanıb

26

Fevral
13:23
HÜQUQ,HADİSƏ
141

Rezidenturaya sənəd qəbulu sabah başa çatır

26

Fevral
12:47
ELM / TƏHSİL
190

Faktiki hava açıqlanıb

26

Fevral
12:30
ÖLKƏ
220

Fuad Hacıyev 300 minlik dələduzluqda ittiham edilir

26

Fevral
11:28
HÜQUQ,HADİSƏ
310
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 14:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru