Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Avqust

2019
16:40
3310
Elina Hacıyeva işində direktor həbs olunmadı

162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasından ötrü verilən şikayətə baxılıb. Elinanın ailəsi direktorun barəsində ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu şikayətə qapalı iclasda baxıb. Məhkəmədən sonra zərərçəkmişin vəkilləri AzadlıqRadiosuna bildirib ki, şikayət təmin olunmayıb.

«Biz ev dustaqlığının həbs-qətimkan tədbiriylə əvəzlənməsini istəyirdik. Amma məhkəmə təmin etmədi. Əsas gətirdi ki, Sevinc Abbasova istintaqın bütün çağırışlarına gəlir, istintaqın gedişinə mane olmur. Qanuna görə, qətimkan tədbiri məsələsində apellyasiya məhkəməsinin qərarı qətidir və ondan şikayət vermək nəzərdə tutulmayıb», – vəkil Sevinc Əliyeva bildirib.

Vəkil istintaqın gedişindəki yeniliklərdən də danışıb. Bu işdə həkim səhvinə dəlalət edən halların olduğunu deyən S.Əliyevanın sözlərinə görə, ekspertiza isə həkimlərin xeyrinə rəy verib: «Rəyin məzmunu təxminən belədir ki, xəstəxanaya gec çatdırılıb deyə, onu xilas etmək mümkün olmayıb. İstintaq getdiyinə görə detalları açıqlaya bilmirik. Amma işdə dəlillər var ki, diaqnoz düz qoyulmayıb».

Zərərçəkmişin vəkilləri istintaqda təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, amma müdafiəçilərin istədiyi ekspertin də iştirakı məsələsində onlara «yox» deyilib: «Heç bir əsaslandırma da yoxdur ki, niyə o adam ekspertizanı apara bilməz».

Xatırladaq ki, Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

Məqalədə : Elina Hacıyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
558

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
385

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
249

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
206

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
204

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
342

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
416
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 06:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru