Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən bildirilib ki, 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonunadək başa çatacaq. Paralel olaraq 500 kilovoltluq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə bu yarımstansiyada işlərin 90 faizi görülüb.
Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə 63 cərəyan transformatorunun hamısı dəyişdirilib. Ümumilikdə bu yarımstansiyada işlərin yarıdan çoxu başa çatıb. Eyni zamanda, 330 kilovoltluq yarımstansiya üçün tikilən idarəetmə mərkəzində işlər tamamlanıb və hazırda təmir edilən xətlərin mühafizə, avtomatika və idarəetməsinin mərhələli şəkildə yeni mərkəzə keçirilməsi prosesi gedir.
Bundan başqa, su kanalının beton qatının yenilənməsi işləri başa çatıb. Qarabağ kanalının üzərindən əhali üçün inşa edilən körpünün tikintisi yekunlaşır və bu günlərdə asfalt qatının vurulması prosesi həyata keçiriləcək. Həmçinin “Azərbaycan” İES-in 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Yeni tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşmaq üzrədir.
Beləliklə, elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində tikinti işləri başa çatıb, son sınaq işləri aparılır. Eyni zamanda, 6 kilometr məsafədə ərazinin hasarlanması və digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir. “Azərbaycan” İES-in yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
12
Dekabr
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12
Dekabr
Gürcüstan parlamentində evakuasiya: müxalifətçi deputat "şübhəli maye" səpib - FOTO
12
Dekabr
Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib
12
Dekabr
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıblar - SİYAHI
12
Dekabr- 12-12-2019 22:34 İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
- 12-12-2019 21:30 Rusiya pomidor idxalına qadağa qoyur - Azərbaycana təsiri olacaqmı?
- 12-12-2019 17:45 Dekabrın 13-nə manatın məzənnəsi
- 12-12-2019 17:09 Azərbaycan Dünya Bankının kreditindən imtina edib
- 12-12-2019 13:08 Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb
- 12-12-2019 09:59 Azərbaycan nefti ucuzlaşdı, "Brent" bahalaşdı
- 12-12-2019 09:37 AMB-nin valyuta məzənnələri
- 11-12-2019 22:23 Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
- 11-12-2019 21:56 Mikayıl Cabbarov: Azərbaycan investorlarını dəstəkləyir
- 11-12-2019 16:52 SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
- 11-12-2019 09:50 Rusiyaya aparılan inəklər ölkəyə buraxılmayıb
- 11-12-2019 09:15 Neftin ucuzlaşması davam edir
- 10-12-2019 17:19 Dekabrın 11-nə manatın məzənnəsi
- 10-12-2019 10:13 AMB-nin valyuta məzənnələri
- 10-12-2019 09:15 Neft yenidən ucuzlaşıb
- 09-12-2019 22:47 “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
- 09-12-2019 21:12 Azərbaycanda dərman istehsal olunacaq - FOTO
- 09-12-2019 14:56 Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb
- 09-12-2019 14:32 Rusiyalı nazir: "Azərbaycanla 6-cı yol xəritəsi razılaşdırılıb"
- 09-12-2019 13:10 Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar
- 09-12-2019 09:40 Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri
- 07-12-2019 11:43 Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
- 07-12-2019 11:40 Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb
- 06-12-2019 17:24 Dekabrın 9-na manatın məzənnəsi
- 06-12-2019 10:49 Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının növbəti iclası başlayıb