Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
14:33
2215
`Daily Telegraph`: Moskvanın səssiz sualtı gəmiləri Londonu həyəcanlandırdı

İngiltərə Müdafiə Nazirliyində 636.3 layihəsi çərçivəsində "Varshavyanka" Rusiya sualtı gəmisinin Britaniyanın ərazi sularında "səssizcə" hərəkət edə biləcəyindən qorxur.

FaktXəbər-in məlumatına görə, bu haqda "Daily Telegraph" yüksək səviyyəli mənbələrə istinadən yazır. Nəşrin həmsöhbətləri bu sualtı qayıqların Kral Dəniz Qüvvələrinin hərəkətini izlədiklərini və dənizin dibindəki telekommunikasiya kabellərinə qulaq asdığını düşünürlər.

Rusiya Hərbi Dəniz Qüvvələri artıq altı növ belə sualtı qayıqda xidmət göstərir və bu ilin sonunadək onların sayını 2 dəfə artırmağı planlaşdırır.

Londonda bu rus sualtı qayıqlarının Böyük Britaniyanın "təhlükəsizliyini təhdid etdiyinə" inanırlar. 

Nəşrin məlumatına görə, "Queen Elizabeth" təyyarə gəmisi və nüvə silahı ilə təchiz edilmiş İngiltərə sualtı qayıqları Rusiya sualtı qayıqlarına həssas ola bilər. Axı, sonuncular görünməzlik texnologiyasına, artan döyüş bölgəsinə və suüstü, sualtı və yerüstü hədəflərə zərbə vurmaq qabiliyyətinə malikdir.

“Dəniz qüvvələrinə su altında döyüş əmri verilməlidir. Etdiyimiz işlərdə daha yaxşı olmalıyıq", - deyə "The Daily Telegraph" yüksək çinli hərbi rəsmiyə istinadən yazır. O əlavə edib ki, son 15-20 ildə Rusiya "super səssiz" sualtı qayıqların araşdırılması və inkişafı üçün xərclərini xeyli artırıb və indi bundan faydalanır.

Son aylar ərzində "Layihə 636.3"-ün ən azı bir səssiz hərəkət edən və çox manevr qabiliyyətli sualtı qayığı Avropa sahillərinə yaxınlaşıb. Onlar yoxlayıblar ki, onların hərəkətini izləmək hansı həddə mümkündür. 

Nəşrin məlumatına görə, bu "təhdid" 1990-cı ildə çəkilmiş "Qırmızı Oktyabr üçün ov" filminin süjetinə bənzəyir. Filmdə Amerikaya zərbə vura biləcək ən son və ən müasir Rusiya sualtı qayığından bəhs edirlir.

Rusiya sualtı qayıqlarının fəaliyyəti ilə bağlı xəbərdarlıq məlumatları Kral Dəniz Qüvvələrinin yeni rəhbəri Toni Radakinin təyin olunmasının fonunda gündəmə gəlib. "Son çıxışında admiral donanmanı yeniləməyə, daha çox rəqabətin olduğu və dövlətlərarası qarşıdurma riskinin daha yüksək olduğu müasir, dəyişən dünyaya cavab vədi vermişdi", - "The Daily Telegraph" yazır.

Məqalədə : sualtı gəmi Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1045

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru