Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
11:43
4981
ZTE ilk 5G smartfonun satışına başladı

Bazar ertəsi Çinin ZTE şirkəti 5G rabitə texnologiyalarını dəstəkləyən ilk smartfonun - Axon 10 Pro satışına başlayıb. 

FaktXəbər-in məlumatına görə, bu barədə "WeChat" sosial şəbəkəsində yayımlanan açıqlamada bildirilir.

ZTE yeni telefonları 4.999 yuandan (təqribən 722 dollar) satmağa başlayıb. Xəbər verildiyi kimi, şirkət Çindəki ən böyük pərakəndə satış şəbəkələri ilə danışıqlar aparır və eyni zamanda rəsmi ZTE mağazalarında Axon 10 Pro satmağı planlaşdırır.

Cihaz Android 9.0 Pie əməliyyat sistemində işləyir. 6 GB operativ yaddaşa sahib olan telefon 8 nüvəli "Snapdragon 855" prosessoru ilə təchiz edilmişdir. Daxili yaddaşın həcmi 128 GB, smartfon isə 512 GB-a qədər microSD kart yuvası ilə təchiz edilmişdir. Akkumulyatorun gücü 4 min milliamper-saatdır.

Məqalədə : ZTE 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1046

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru