Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2019
11:31
1978
DSX Xəzərdə təlimlər keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər də­ni­zinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv müba­rizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbər­dar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində tədbirləri davam etdirir.

DSX-dan Faktxeber.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində iyul ayının 31-dən avqust ayının 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” möv­zusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublika­sının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin müha­fizə­si­nin təşkili və Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələrinin döyüş hazır­lığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırıl­ması, mə­lumat müba­diləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket kom­plekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hə­dəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz in­frastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qrup­larının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmiş, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yük­sək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyi­nin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri ol­du­ğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­diril­mə­si və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

Məqalədə : DSX 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1045

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru