Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
19:48
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhalini açıq havada olarkən bu faktoru nəzərə almağı tövsiyə edir.

Məqalədə : hava haqqında yağış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43559

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41875

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43522

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43012

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48502

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43000

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 04:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru