Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2019
10:42
786
Müsavat partiyası qurultay tarixini AÇIQLADI

“Müsavat demokratik partiyadır. Burada hər kəs gördüyü nöqsanı, nöqsan hesab etdiyi məqamı diqqətə çatdırıb, onun izahatını tələb edə bilər”.

Bu barədə Müsavat Partiyasının üzvləri arasında müşahidə olunan narazılıqlara münasibət bildirərkən Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb. O vurğulayıb ki, bu vəziyyətin “Müsavat” daxilində parçalanma kimi dəyərləndirilməsi düzgün deyil:

“Elə hazırkı vəziyyət də partiyada demokratiya olmasının bariz nümunəsidir. Ayrı-ayrı şəxslərin üzvlər arasındakı polemikalardan başqa cür nəticə çıxarmağına ehtiyac yoxdur”.

Müsavat-ın gözlənilən qurultayının taleyi ilə bağlı isə G. Aslanlı bunları deyib:

“Ötən məclisdə qurultayın keçirilməsi haqqında məsələ qaldırıldı. Qurultayın sentyabrın sonu, oktyabrın əvvəllərində keçirilməsi haqqında təklif verildi, qəbul olundu. Dəqiq tarixin müəyyənləşdirilməsi “divan”a həvalə olundu. Bu məsələ “divan”da müzakirə olunub, müvafiq qərar veriləcək”.

Aparat rəhbəri əlavə edib ki, keçiriləcək qurultayda Müsavat Partiyasının başqanı postuna namizədlər də təqdim oluna bilər:

“Hələlik namizədlərin qeydə alınması proseduru başlamayıb. Qurultayın keçiriləcəyi gün dəqiqləşəndən sonra namizədlərin irəli sürülməsi məsələsinə “strart” veriləcək. Partiya başkanlığına hər bir müsavatçı namizədliyini irəli sürə bilər. Sadəcə olaraq, kimsə əvvəlcədən “namizədliyə namizəd”  anlayışını ortaya atıb, “mən namizəd olmağa indidən namizədəm” deyirlər. Bu da təbiidir, qeyri-adi heç nə yoxdur. Partiyada bütün postlara, hər kəs namizədliyini verə bilər”. (modern.az)

Məqalədə : Müsavat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
305

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
659

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
272

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
987

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
201

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
374

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
237
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru