Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2019
17:46
“Xalqıma məktub” – AİP lideri Mövsüm Səmədov Qobustan həbsxanasından yazır

Qobustan Qapalı Tipli həbsxanasında məhbus həyatı yaşayan AİP lideri Mövsüm Səmədov “Xalqıma məktub” sərlövhəli müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik: 

“Hər bir müsəlmanın öz taleyində olduğu kimi, həm də öz cəmiyyəti qarşısında məsuliyyəti vardır. Bu vəzifələrdən biri də hər növ haqsızlığa qarşı etirazdır. Yəni öz şəxsi həyatımızda hansısa proseslər ağlımız və fitrətimizlə ziddiyyət daşıdığı halda ona etiraz bildirdiyimiz kimi, yaşadığımız şəhər, ölkə və həmçinin böyük İslam ümmətində baş verən zülm və ədalətsizliyə qarşı da laqeyd qala bilmərik. Biz bu gün cəmiyyətimizdə baş verən fəsadlar, ictimaiyyətimizdə hər növ ədalətsizliklər, rüşvətxorluq, korrupsiya hallarının mövcudluğu, Qarabağın 27 ildir işğal altında qalması ilə bərabər Yəmən və məzlum Fələstində baş verən cinayətlərə qarşı da öz nifrətimizi bildirməyə vəzifəliyik. Biz bilməliyik ki, yetmiş ildən çoxdur beynəlxalq qüvvələrin himayəsi ilə yaradılmış və bu gün də davam edən işğal yalnız mübariz Fələstin xalqının əli ilə həll ola bilər. Həmçinin 30 ilə yaxın həmin Fransa və Amerika kimi ölkələrin vasitəsilə yaranmış və bu gün də davam edən Ermənistan-Azərbaycan münaqişəsi də yalnız və yalnız Azərbaycan xalqının igid oğullarının əli ilə öz həllini tapa biləcək.

Artıq Azərbaycan dövləti bu münaqişənin həlli prosesində öz acizliyini bildirərək digər ölkələrdən kömək istəmək əzmindədir.Təəssüflər olsun ki, onlar 30 ildə başa düşmədilər ki, bu problemin həlli üçün köməyi yalnız Mutəal Allahdan və sonra da xalqından istəməli idilər. Buna da yalnız xalqın sərvət və maddi potensiallarını Qərb ölkələrinin ixtiyarında qoymaqla müəssər olmaq olmaz . Öz xalqından uzaq düşmüş hakim və rəhbərlər hegemon dairələrin siyasi alətindən başqa ayrı bir missiyaya malik ola bilməzlər. Erməni separatçılarını bu illər ərzində himayə edən və Qarabağ ətrafında müxtəlif çirkin oyunları aparan beynəlxalq sionizm bilməlidir ki, xalqımız dost və düşməni gözəl ayırd etmək iqtidarındadır. Həmçinin xalqımızın bu hakimiyyətdən də heç bir umacağı qalmayıb. Bu gün biz açıq-aydın İlahi vədləri təkcə keçmiş ümmətlərin halına şamil olmamasının gerçəkliyini müşahidə edirik. “Kəm min fiətin ... ğələbət fiətən ...” ayəsinin bariz nümunələri təkcə 40 illik İslam inqilabının dünya zalımları üzərində mübarizəsində deyil, həmçinin Livan və Fələstin, Yəmən, Suriya və başqa ölkələrdə baş verən hadisələrdə bunun şahidiyik. Yalnız İlahi nüsrət və xalqımızın qeyrətli oğullarının səhnədə hazır olması ilə biz Vətənimizin ağrılı qəlbinə məlhəm ola bilərik. “Onun ipindən möhkəm yapışın və ayrılmayın”.

Məqalədə : Mövsüm Səmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48623

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46683

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47895
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 16:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru