Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2019
15:25
870
Kamal Abdulla jurnalist Əvəz Zeynallını məhkəməyə verib

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

Rektor baş redaktordan təkzib, üzr və pul tələb edir.

İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.

Məlumata görə K.Abdulla jurnalistlə yanaşı işdən çıxardığı müəllimləri də məhkəməyə verib.

Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.

Məsələ ilə bağlı Əvəz Zeynallı sayta bildirib ki, məsələdən bu gün xəbər tutub: "Hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma təəccüb içindəyəm. Hörmətli Kamal Abdulla belə naşı addımı neçə ata bilər. İnşallah məhkəmədə üz-üzə gələrik, ona sözümü deyərəm”.

Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq. İşə Binəqədi Məhkəməsi baxacaq.(bakupost)

Məqalədə : Kamal Abdulla 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1167

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
75

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
96

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
324

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru