Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
15:47
1609
Novruz Məmmədov `Şərəf Legionu` ordeni aldı

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransa Prezidentinin Fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, Baş Nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer təqdim edib.

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Brüno Lö Mer ölkəsinin Novruz Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. N.Məmmədov isə, öz növbəsində, bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, “Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
185

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
184

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
158

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
149

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
202

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
233

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
213

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
208

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
248
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 06:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru