Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
11:35
485
İraqda İŞİD terrorçuları 2 ildən sonra təkrar hücum edib

İraq ordusuna bağlı Səlahəddin Əməliyyatları Komandanlığından kapitan Saad Məhəmməd mediaya açıqlamasında, İŞİD terrorçularının Süleymaniyyə şəhərindəki neft quyularına yüngül silahlarla hücum etdiyini söyləyib.

FaktXəbər-in bildirdiyinə görə, Acil və Allas neft quyularına hücum edən terrorçuların enerji sahələrinə girişinə polislər mane olub.

Regionda təhlükəsizlik tədbirlərinin artırıldığı, hücum zamanı təhlükəsizlik əməkdaşlarından ölən, ya da yaralanan olmadığı qeyd olunub.

İŞİD-in ölkədə məğlubiyyətə uğradıldığının açıqlandığı 2017-ci ilin dekabr ayından bu yana ilk dəfə belə bir hücum təşkil etməsi diqqəti çəkib.

İraqın qərbindəki Ənbar şəhərində İŞİD-ə aid iki mərkəzin hava hücumuyla vurulduğu bildirilib.

7-ci Diviziyada xidmət göstərən hərbi qulluqçu Məcid əl-Yasiri hava hücumunda 4 terrorçunun öldürüldüyünü deyib.

İraq hökuməti 2017-ci ilin dekabr ayında ölkə ərazisinin İŞİD-dən geri alındığını bildirməsinə baxmayaraq, hərbi rəsmilər təşkilata bağlı ölü hücrələrin olduğunu və ayrı-ayrı hücumlar təşkil etməyə davam etdiklərini bildirir.

Məqalədə : İraq İŞİD 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
784

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
927

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
751

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
774

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
373

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
749

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
764

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
705
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 14:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru