Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2019
15:44
Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında keçid balının ötənilki səviyyədə olacağı gözlənilir.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə bugündən başlayan test imtahanları iyulun 24-ə kimi davam edəcək. Ümumilikdə, 15 gün ərzində hər gün 3200 namizədin imtahan verməsi planlaşdırılır.

İndiyədək namizədlərin davamiyyətinin 83 faiz təşkil etdiyini deyən M.Camalzadə əlavə edib ki, əvvəlki illərdə keçid balları həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlər üçün 36, həvəsləndirmə tədbirləri tətbiq edilməyən vakant yerlər üçün 48 olub: "Güman edilir ki, bu il də keçid balları həmin səviyyədə qalacaq".

Qeyd edək ki, ilk imtahan alman dili və tarix üzrədir. Fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.(Trend)

Məqalədə : Nazirlik müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8682

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7419

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9044

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8914

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13347

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8658
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-07-2020 05:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru