Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2019
12:25
Amerika Kubokunu tənqid etdiyi üçün Messi 2 il yığmada oynamaya bilər

Cənubi  Amerikanın Futbol  Konfederasiyasına  qarşı irəli sürdüyü koooupsiya ittihamına görə argentinalı Lionel Messi 2 il müddətinə mili yığmada iştirak hüququndan məhrum edilə bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə İspaniyanın As qəzeti xəbər yayıb.

Məlumata görə, Amerika Kubokunda Argentina və Çili yığmasının oyunları zamanı təşkilatın işinə etdiyi tənqidlərə görə, Messi maksimum cəza ala bilər.

Xatırladaq ki, Argentina komandasının kapitanı forvard Lionel Messi Amerika Kubokunda mükafatlandırma mərasiminə çıxmaqdan və bürünc medal almaqdan imtina edib. Messi mükafatdan imtinaya səbəb kimi "turnirdə çiçəklənən korrupsiyanın bir hissəsi olmaq istəməməsi" ilə izah edib.

"Biz bu rüşvətin bir hissəsi olmamalıyıq. Biz  bütün Amerika Kuboku boyu hörmətsizlik görmüşük. Biz daha çoxuna nail ola bilərdik, ancaq onlar  bizə finalda olmağa imkan vermədilər. Korrupsiya və hakimlər azarkeşlərə futboldan həzz almağa imkan vermədi", - deyə Messi bildirib.

Qeyd edək ki, Çili komandasına 2:1 hesabı ilə məğlub olan Argentina yığması şənbə günü öz tarixində 5-ci dəfə Amerika Kubokunun bürünc medalını qazanıb.

Oyunun 37-ci dəqiqəsində çilili Qari Medelin təşəbbüsü ilə Messi ilə münaqişə yaşanmışdı. Bundan sonra görüşün baş arbitri paraqvaylı Mario Dias de Viva epizodun hər iki iştirakçısına qırmızı kart vermək qərarına gəlmişdi.

Bu Messinin karyerası ərzində ikinci dəfə oyundan qovulması olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 4-də dolların manata qarşı məzənnəsi

03

İyun
17:27
İQTİSADİYYAT
175

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
442

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
240

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
259

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
278

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
473
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 18:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru