Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2019
12:08
Gürcüstandan Rusiyaya sonuncu reys həyata keçirildi

Moskva vaxtı ilə 04.51-də Tbilisidən Moskvaya uçan sonuncu təyyarə eniş edib. «Aeroflot» aviakompaniyasının Su1893 reysi Rusiya paytaxtının Şeremetyevo aeroportuna gedib.

FaktXeber.com-un məlumatına görə, bu barədə hava limanının  onlayn tablosundan məlum olub.

Beləliklə, Rusiya aviakompaniyalarının Gürcüstandan Rusiyaya  uçuşları dayandırılıb.

İyunun 20-də Tbilisidə müxalifət tərəfindən Rusiya əleyhinə çıxışlar başladı. Səbəb isə  Rusiya Dövlət Dumasının  deputatı Serqey Qavrilovun  Parlamentlərarası Baş Assambleyada iştirakı olub.

O, parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər. Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb. 

Bundan sonra Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçiriblər. Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb ediblər.

Bu hadisələrdən sonra Gürcüstanın parlament sədri İrakli Kobaxidze tutduğu postdan istefa verib. Onun yerinə isə Arçil Talakvadze təyin olunub.

Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün  RF prezidenti Vladimir Putin iyulun 8-dən etibarən Gürcüstanla sərnişin aviarabitəsinin qadağan olunması barədə fərman imzalayır. Qeyd edək ki, Rusiya ilə münasibətlərin gərginləşməsinə görə, Gürcüstanın turizm sektoru 2,1 milyard lari itirib.

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43684

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42000

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43642

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43102

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48633

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43100

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43511
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 23:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru