Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyul

2019
10:51
Tacikistanda etap zamanı məhbusların kütləvi ölümü baş verib

Tacikistanda 14 məhbus koloniyaya etap zamanı verilən çörəkdə zəhərlənərək ölüblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ölkədə Ədliyyə Nazirliyinin Cinayət Cəzalarının İcrası üzrə Baş İdrəsi məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 3 maşında 8-i qadın olmaqla 128 məhkum Xucand və İstaravşan şəhərindən Düşənbə və Nurek şəhərinə köçürülürmüşlər.

Mayxura Varzobskiy rayonunda məhkumlardan biri 16 məhkuma 3  buxanka çörək verir. Yarım saatdan sonra onlarda ürəkbulanma, baş gicəllənməsi və qusma başlayır.

«Yarım saatdan sonra – maşın cəzaçəkmə müəssisəsinə  çatanda çörəyi yemiş 16 nəfərin hamısı huşunu itirmişdi», - deyə  idarənin məlumatında bildirilir. Həkimlər məhbuslardan ancaq 2-nin həyatını xilas edə biliblər.

İlkin ehtimallara görə, saxlanma şəraiti düzgün olmadığı üçün çörəkdə toksik kif göbələyi yaranıb. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Ölənlərin cəsədləri məhkəmə tibbi ekspertizaya təhvil verilib.

Məlumata görə, ölənlərdən ən böyüyünün 42, ən balacasının isə 19 yaşı olub.

Məqalədə : Tacikistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
545

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
349

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
342

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
333

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
442

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
441

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
647
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 06:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru