Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2019
12:40
3295
Dövriyyədə saxta 100 manatlıq var - Necə ayırd edək? (VİDEO)

Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır. Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda açıq-aşkar bilinir.

100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur.

Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub:

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.

Ultrabənövşəyi işıq altında 100 manatlıq əsginas aşağıdakı kimi görünür:

Əsginasın əks tərəfində, orta hissədə adi gözlə metal sapın üzərində "manat" yazısını görmək olar. Əsginasa müxtəlif bucaqlardan baxdıqda sağ tərəfdə iki xətt – bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür.

Bundan başqa, xəritədə mikromətn, xəritənin yanında və əsginasın sağ tərəfində isə xüsusi təsvir əks olunub.

100 manat nominallı əsginasın əks tərəfini ultrabənövşəyi işıqda aşağıdakı kimi görmək olar:

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir./Fins.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
555

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
383

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
248

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
205

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
203

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
340

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 06:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru