Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2019
21:59
2378
Prezident: Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir

“Pirallahı rayonunda doğrudan da işlər sürətlə gedir. Quruculuq işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində də işlər aparılır. Qeyd etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu istifadəyə verildi”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcburi köçkünlərlə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, digər böyük dərman preparatları zavodunun tikintisi gedir və bu zavodun fəaliyyəti nəticəsində yenə də iş yerlərinin yaradılması nəzərdə tutulur:

“Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.

Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir”.

Məqalədə : İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

BDU-da əməkhaqları artırıldı

23

Oktyabr
11:34
ELM / TƏHSİL
104

Bakıda "ağ ölüm" yayan narkotacir saxlanılıb

23

Oktyabr
11:12
HÜQUQ,HADİSƏ
83

Dünən yol qəzalarında 4 nəfər ölüb

23

Oktyabr
10:59
HÜQUQ,HADİSƏ
25

Akif Əlizadə AMEA-dan getdi - YENİLƏNİB

23

Oktyabr
10:24
ELM / TƏHSİL
168

Xarici valyutaların manata qarşı məzənnələri

23

Oktyabr
09:40
İQTİSADİYYAT
55

Baş nazir 2 nəfəri işdən çıxardı

23

Oktyabr
09:25
SİYASƏT
99
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 11:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru