
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yaxın Şərqdə İsrail dəstəkli projeləri çökmək üzrədir. Liviya, Yəmən və Sudandakı hərbi müdaxilələrdə əli olan BƏƏ mövqeyində məğlubiyyətlə qarşılaşır. Fələstin məsələsində də Təl-Əvivin quyruğu rolunu oynayan Əbu-Dabi rəhbərliyi İslam ölkələri arasında olan-qalan hörmətini də itirib.
Liviya
Hərbi bazalar quran və general Xəlifə Həftərin ordusuna hərbi, iqtisadi və siyasi dəstək verən BƏƏ rəhbərliyi son iki ayda ağır strateji zərbə alıb. Marşal Həftəri Tripoli mərkəzli qanuni hökumətin üzərinə göndərən Əbu Dabi rəhbərliyi, Beynəlxalq Razılıq Hökumətinə bağlı qüvvələrin müqaviməti və müdaxiləsi sayəsində strateji Giryan şəhərini də itirib. Giryanda Həftər ordusuna ABŞ istehsallı raket və sursat verən BƏƏ rəhbərliyi təlaşa düşərək, Liviyada siyasi konsensus elan etməyə başlayıb. Marşal Həftərin baş sponsoru olan BƏƏ rəhbərliyi "Liviya Milli Ordusu"nun 55 miqrantı öldürməsi ilə qətliamın əsas ortağına çevrilib.
Yəmən
5 ildir davam edən Yəmən müharibəsində ölkənin qanuni hökuməti olan "Ənsarullah" hərəkatına qarşı vuruşan Əbu Dabi rəhbərliyi burada da geri addım atmağa başlayıb. Qırmızı dənizə hakim Sokotro adasına hərbçilərini yerləşdirən BƏƏ Yəmən ordusu ilə üz-üzə qalıb. Strateji adada yaşayan yerli xalq BƏƏ ordusunu işğalçı qüvvə adlandırıb və həftə ərzində etiraz aksiyaları keçirib. Son olaraq Yəməndəki yerli mənbələr BƏƏ-nin bəzi hərbi qüvvələrini Mərib şəhərindəki "Serava" hərbi bazasından çıxardığını yazıb. Ötən həftə qərb mənbələri də BƏƏ-nin 3 həftə ərzində Yəmənin Ədən körfəzinin cənubu və qərbindən bəzi hərbi qüvvələrini çıxardığını iddia edib.
Sudan
30 illik Ömər əl-Bəşir hakimiyyətini devirən hərbi çevrilişinin arxasında duran Səudiyyə Ərəbistanı və BƏƏ ölkədəki demokratik qüvvələrin müqavimətini qıra bilmir. Çevrilişi həyata keçirən Hərbi Keçid Şurası sədrliyinə öz adamları general Əbdül-Fəttah əl-Burhanı gətirən və milyonlarla dollarlıq maddi yardım göstərən Əbu Dabi rəhbərliyi ölkədə nəzarəti təmin etməkdə çətinlik çəkir. Son olaraq general əl-Burhana ölkədəki vətəndaş müqavimətini qırmaq üçün qırğın əmri verən BƏƏ, yüzlərlə vətəndaşın ölməsinə səbəb olub. Buna baxmayaraq, Sudan müxalifəti geri addım atmayaraq Hərbi Keçid Şurasını onunla hesabaşlamağa və yeni vətəndaş hakimiyyəti qurmağa məcbur qoyub.
Fələstin
Son bir ildə İsraillə diplomatik hava körpüsü quran, israilli siyasilər və kəşfiyyatçıların regiondakı ilk dayanacağına çevrilən BƏƏ Fələstinin məhv və ilhaq layihəsi olan "Əsrin Müqaviləsi"nin əsas maliyyəçilərindəndir. ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin rəhbərlik etdiyi layihəni Əbu Dabi birmənalı dəstəkləyir. Layihənin əsas dəstəkçisinin Səudiyyə Ərəbistanı və BƏƏ olmasına baxmayaraq başda Fələsətin olmaqla, əksər müsəlman ölkələri bu projeni dəstəkləmir və buna xəyanət kimi baxır.
FaktXeber.com

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel14-04-2021 10:59 İsrailə məxsus gəmi BƏƏ yaxınlığında vuruldu
18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
20-02-2020 15:17 BƏƏ-də ən çox axtarılan rusiyalı cinayətkar həbs edilib
29-01-2020 11:26 BƏƏ-də koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb
13-01-2020 11:01 Omanın yeni sultanı BƏƏ şahzadəsi ilə görüşmədi - VİDEO
11-12-2019 14:31 Ağ Evin sabiq rəsmiləri BƏƏ-nin əsas casus şəbəkəsinin yaradıcıları imiş
- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi