Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2019
19:20
1139
Rusiya XİN: Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməyib

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Ermənistan – Qarabağ strateji birliyi” forumunun təşkilat komitəsinin nümayəndələri ilə görüşünün siyasi məqsədi yoxdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Maria Zaxarova ənənəvi brifinqində bildirib: “Ölkədəki ən qədim siyasi partiyalardan biri olan “Daşnaksütyun” liderləri ilə görüş olub. Bu görüşün və söhbətin erməni tərəfinin təşəbbüsü ilə başlandığını mən də təsdiq edə bilərəm”.

XİN rəsmisi qeyd edib ki, görüşdə geniş spektorlu məsələlərə toxunulub: “Dağlıq Qarabağ münaqişəsi mövzusu da müzakirə olunub. Baxmayaraq ki, bu məsələ əsas müzakirə mövzusu deyildi. Məsələ heç də mətbuatda yazılan kimi deyil. Sizi əmin edirəm ki, partiya rəhbərliyi ilə birgə “Ermənistan – Qarabağ strateji birliyi” forumunun nümayəndələrinin də görüşə gələcəyindən diplomatlarımızın xəbəri olmayıb”.

O həmçinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişikliyin olmadığını vurğulayıb: “Bizim mövqeyimiz həmişə balanslaşdırılmış və ölçülü olub”.

 Zaxaraova sonda Rusiya tərəfinin bu məsələ ilə bağlı Azərbaycanlı həmkarlarına dəqiq məlumat verdiyini qeyd edib.

Məqalədə : Zaxarova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
31

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
59

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
274

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
288

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
87
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 15:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru