Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2019
15:35
Nazir: “İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd dollara çatıb”

Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və qarşılıqlı dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. Belə ki, son 6 ildə dövlət başçıları arasında 12 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib.

Ölkələr arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur. İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.

Ş. Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib.

İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, İranlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.

Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, Ş. Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamreza Tacgərdun iqtisadi-ticarət əməkdaşlığın inkişafını vurğulayıb, qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensialı qeyd edib.

İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının katibi Əlireza Əşrəf Palatanın fəaliyyəti barədə məlumat verib, iki ölkənin sahibkarları arasında əlaqələrin, birgə layihələrdə iştirakın genişləndirilməsinin önəmini qeyd edib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Bu gün iranlı qonaqlar Sumqayıt Kimya Sənaye Parkında müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.

Məqalədə : İran Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
476

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
311

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
306

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
292

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
417

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
396

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
606
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 21:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru