Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
20:13
1621
Cahangir Əsgərov: `Azərbaycanın bütün uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır`

“Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində keçirilən forum çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində iki razılaşma imzalayıb. "Report"a “Azərbaycan Hava Yolları”ndan verilən məlumata görə, sənədlər IOSA (IATA İstismar Təhlükəsizliyi Auditi), ISAGO (Yerüstü ƏməliyyatlarınTəhlükəsizliyi Auditi) və GADM (Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramı) kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Sənədləri AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman imzalayıblar.

“Aviation Day Azerbaijan” tədbirində AZAL və İATA-nın rəhbər heyəti ilə yanaşı, aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə çıxış ediblər. Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakeli, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşi və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid təqdimatlarla çıxış ediblər.

“AZAL artıq 26 ildir ki, İATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edən Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”, - C.Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”a maksimum dəstək göstərir və mülki aviasiya sahəsində bu mühüm tədbirin birgə keçirilməsinə görə AZAL-a öz minnətdarlığını bildirir. Azərbaycanda aviadaşımalar bazarı daima inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 milyon nəfər təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 11 faiz çoxdur. Dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmək ilə yanaşı, səyahət etmək istəyənlər üçün də böyük üstünlükdür”, – IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman bildirib.

Onun sözlərinə görə, Azərbaycanın daha güclü, etibarlı və təhlükəsiz hava nəqliyyatı şəbəkəsinin qurulmasına dair öhdəliyi Montreal Protokoluna 2014 (MP14), IATA İstismar Təhlükəsizliyinin Auditinə (IOSA), İATA Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditinə (ISAGO), Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramına (GADM) dəstəyində özünü göstərir.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin - "Safety and Flight Ops Conference"in Bakıda keçiriləcəyi bəyan edilib.

Məqalədə : AZAL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
59

Bağdadinin yeni səs yazısı yayıldı

17

Sentyabr
11:43
DÜNYA
83

DİN: Ötən gün 3 yol qəzası olub, 3 nəfər ölüb

17

Sentyabr
10:23
HÜQUQ,HADİSƏ
153
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 15:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru