Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
18:36
Cavid Qurbanov ABŞ-ın kontr-admiralı Ron Maklarenlə görüşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində ikitərəfli görüş keçirilib. Qurumdan verilən məlumata görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasında səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Cavid Qurbanov Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri kontr-admiral Ron Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə : Cavid Qurbanov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13627

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12292

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13715

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18659

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13153

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13286
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 20:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru