Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
17:15
911
Milli Məclis təcili sessiyasının çağırılması barədə məlumat yayıb

Milli Məclis iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Parlamentin Mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi KİV-lərdə Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbər yayılıb.

Bildirilib ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatların qanunvericilik baxımından təmin edilməsi üçün Milli Məclisin növbədənkənar sessiyasında artıq üç iclas keçirilib. Həmin məsələləri tamamlamaq üçün iyul ayındaki iclaslarda qanun layihələri ikinci və üçüncü oxunuşdan keçiriləcək. Növbədənkənar sessiyanın növbəti iclaslarının iyulun 9-da və 12-də keçirilməsi nəzərdə tutulur. Xüsusi ilə qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də ki, Milli Məclisin Daxili Nizamnaməsində “təcili” və yaxud “fövqəladə” sessiyaların keçirilməsi nəzərdə tutulmamışdır. Milli Məclis həmişə olduğu kimi normal iş qaydasında fəaliyyət göstərir. Milli Məclisin iyul ayının 15-dək keçiriləcək iclaslarında qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur.

Milli Məclisin Mətbuat xidməti bir daha bəzi Kütləvi İnformasiya Vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar", - parlamentdən bildirilib. 

Məqalədə : milli məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimlinin həbs olunduğu bildirilir

19

Oktyabr
15:54
ÖLKƏ
323

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
31

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
60

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
274

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
293
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 17:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru