Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2019
12:35
1666
`Parlamentin buraxılmasını istəyənlərin arzuları gözündə qalacaq`

Bəzi KİV-lərin dünən Milli Məclisin iyul ayı üçün təcili növbədənkənar sessiya çağırdığı barədə xəbər yayması sosial şəbəkələrdə və cəmiyyətdə müxtəlif mövqelərdən şərh olunmaqdadır.

Milli Məclisin ənənəvi olaraq iyunda keçirdiyi növbədənkənar sessiyanı bu il ilk dəfə iyul ayında da davam etdirməsi bəzi şayiələrə rəvac verib. Məsələn, sosial şəbəkələrdə yayılan belə şayiələrdən birində növbədənkənar parlament seçkiləri haqda qərar veriləcəyi, hazırkı Milli Məclisin vaxtından əvvəl buraxılacağı barədədir.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu il növbədənkənar sessiya iclaslarının iyul ayına uzanması qanunların çoxluğu ilə əlaqədardır:

“Bu il işlənəcək çox qanun olduğuna görə növbədənkənar sessiya iclasımız iyul ayına qədər uzandı. Parlamentin buraxılması ilə bağlı məlumat yayanların isə arzuları gözündə qalacaq. Parlamentin buraxılması haqda söhbət gedə bilməz, parlament işləyir. Vaxtı gələndə seçkilər də keçiriləcək. Bu cür söhbətləri yayanlar tək kəlməylə ölkədəki sabitliyi pozmaq niyyətindədirlər. Hamısı boş söhbətlərdir”.

Deputatı Aydın Mirzəzadə xatırladıb ki, iyuinun əvvəlindən başlayan növbədənkənar sessiya hələ bitməyib:

“İyul ayının əvvəlində də həmin sessiyanın növbəti iclaslarının keçirilməsi gözlənilir. Parlamentin buraxılması barədə heç bir məlumat yoxdur və hesab edirəm ki, buna ehtiyac da yoxdur. Cəmi 1 ildən sonra Azərbaycan Respublikasının Konstitutsiyasına görə, növbəti parlament seçkiləri keçiriləcək. Sessiya iclasının iyul ayına təsadüf etməsi ilə bağlı deyə bilərəm ki, hər zaman nələrsə “ilk” olur. Bu normal haldır. Bu cür informasiyaların yayılması sadəcə olaraq müəyyən mövzuları müzakirə etmə istəyindən irəli gəlir. Düşünürəm ki, istənilən mövzu müzakirə oluna bilər”.

Deputat Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiya iclasının iyulun 9-12-də olacağını qeyd edib:

“Biz növbədənkənar iclasların keçirilməsindən sonra məzuniyyətə çıxacağıq. Məndə bundan başqa məlumat yoxdur. Digər məlumatların yayılması sadəcə olaraq bekarçılıqdan irəli gəlir. Çünki “növbədənkənar seçki” mövzusu populyar və aktual mövzudur.

Ölkə prezidentinin islahatların dərinləşməsi ilə bağlı sərəncamları, fərmanları var. Milli Məclisə qanun layihələri təqdim olunur. Biz adekvat olaraq bu addımları atmalıyıq. Bu addımları atmaq üçün isə növbədənkənar sessiya iclaslarımız davam edir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
30

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
56

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
47

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
60

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 05:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru