Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
16:35
490
Osman Gündüz: Elektron hökumət var, amma hüquqi təminat yoxdur

"Açıq məlumat bazaları yoxdur. Açıq internet platforması olaraq biz bir neçə dəfə hökumətə təklif vermişik. Bu, jurnalistika üçün əhəmiyyətlidir. Ona görə ilk olaraq datanın vəziyyətinə fikir verməliyik."

Bu barədə FaktXəbər-in sualını cavablandıran Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.

Osman Gündüz bildirdi ki, ilk öncə buna ölkədə kimin səlahiyyəti çatdığını aydınlaşdırmalıyıq: "Kimdən açıq məlumat bazasını istəyə bilərik? Bir il bundan öncə – ötən ilin martın 12-də Prezident İlham Əliyev rəqəmsal hökumətə keçidlə bağlı fərman imzaladı. Həmin fərmana qədər olan dövrdə hər şey Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə məxsus idi. Fərmandan sonra elektron hökumətlə bağlı bütün səlahiyyətlət ASAN Xidmətə verildi. Ancaq açıq məlumat bazaları Rabitə Nazirliyində qaldı.

Prezidentin fərmana qədər onun adı data.com.az gedirdi. Fərmanla ASAN bütün səlahiyyətlərin onda olduğunu dedi və Nazirlik məcbur olub yeni domen aldı, bazanın adı oldu "Opendata"."

Mərkəzin rəhbəri bildirdi ki, bu bir il ərzində sözügedən saytda yenilik olmayıb, demək olar ki, faəliyyəti dondurulub: "Bu domen həm pula, həm də qanuna görə boşdur. Düzdür, burda 600 adda informasiya var. Ancaq bu xəstəxana poçt və sair ünvanlardır."

O.Gündüz bildirdi ki, açıq məlumat bazaları barədə qanun və səlahiyyət müəyyən olunmalıdır: "Fikrimcə, bu ASAN-a verilməlidir. Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun serverini özündə saxlaya bilər. Ancaq mahiyyəti başqa qurumda olmalıdır. İndi uyğun qurumlardan biri ASAN-dır və elektron hökumət də ona verilib. Bildiyimə görə artıq bu istiqamətdə işlər gedir."

"2 il öncəyə qədər rəhbərlik etdiyim qurum informasiyanın alınması barədə monitorinq aparırdı. İnformasiyanın əldə olunması haqqında qanunla bağlı biz bir neçə nəfər mübarizə apardıq. Lakin bu, Parlamentdə qəbul edilmiş, lakin Prezident tərəfindən imzalanmayan tək-tük qanunlardan biridir. Həmin layihədə 29-cu maddə var idi ki, mən buna “jurnalistin çörəyi ağacı” deyirəm. Bu maddədə hansı məlumatları dövlət qurumunun məcbur açıqlamalı olduğu bildirilib. Qanuna əsasən 32 adda informasiya - nazirin telefonu, e-maili, tenderlər, onların nəticələri, xərclənən pul və sair açıq şəkildə verilməlidir. Bu olarsa jurnalist özü üçün xeyli məlumat toplaya bilər", - deyə Osman Gündüz bildirdi. 

Azərbaycanda Elektron hökumət quruculuğunda ən dəhşətli problemlərdən birinin rəqəmsallaşma ilə hüquqi təminat arasında əlaqə olduğunu vurğulayan mütəxəssis, bu dəqiqə mygov.az saytının varlığını və orada qeydiyyatdan keçməklə özümüzlə bağlı bütün informasiyaların mövcudluğunu görə biləcəyimizi dedi: "Əlbəttə, çatışmayan, əksik məlumatlar da olur ki, bu da  qurumlar arasında inteqrasiyanın kifayət qədər olmaması ilə bağlıdır.

Sizə hər hansı bir sənəd, məsələn yaşayış yerindən arayış lazımdırsa, onu bu saytdan pdf variantında əldə edə bilərsiz. Lakin onu hər hansı bir quruma aparsanız, möhür olmadığı üçün qəbul etməyəcəklər.

Elektron hökumət var, amma hüquqi təminat yoxdur. Qərar verilməli idi ki, sənədin elektron formada olması hüquqi statusu üçün yetərlidir.

Bizdə proses gedir, ancaq çox yavaş gedir. Bu dəqiqə 500-ə qədər elektron xidmət var. Ancaq inteqrasiya ilə bağlı yarımçıqlıq var. Məsələn, iki uşağın var, amma 1-i göstərilir. Yaxud sənəd var, amma təsdiqlənmir." 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
64

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
70

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
66

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
85

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
146
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 15:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru