Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
11:50
3985
Bakıda çəkisi 950 qram olan körpə doğulub

Əvvəlki hamiləliyi uğursuz olan qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ana olub.

Mama-ginekoloq Aleksandr Barsukovun bildirdiyinə görə, bu, qadının ikinci hamiləliyi olub və RMDM-ə hamiləliyinin 28-ci həftəsində müraciət edib: “Pasiyent hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, qeysəriyyə yolu ilə doğuşa qərar verilib. Doğulan körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib”.

Neonatoloq-pediatr Təzibə Mirzəliyeva məlumat verib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib, “Topuq testi”, ROP müayinəsi, eşitmənin skrininq müayinəsi aparılıb, Mərkəzin neonatoloji komandasının gərgin əməyi nəticəsində çəkisi 1.800 qrama çatdırılıb və ana-körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələrdən keçib, hazırda nevroloji statusu normaldır.(Trend)

Məqalədə : körpə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
304

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
657

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
272

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
987

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
201

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
374

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
237
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 09:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru