Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2019
10:42
2344
Küləkli hava meyvəçiliyə mənfi təsir edir - EKSPERT

Kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaranır.

Son vaxtlar havanın temperaturunun kəskin dəyişməsi, bəzi rayonlarda yağıntı, hətta sel olması aqrar sektora da mənfi təsir göstərir. Ekspertlər də hesab edir ki, son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaradır.

Mövzu ilə bağlı danışan  kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli də  bu faktora  daha çox “bitkilər üçün stress amilləri” demək olar.

Ekspert bildirdi ki, yağıntılı və küləkli hava şəraiti ilk növbədə meyvəçiliyə təsir edir: “ Mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan dəmgilin aktivləşməsinə səbəb olur. Bağban dəmgilə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur. Bu havalar mövsümün ən sevilən giləmeyvəsi olan gilasa da mənfi təsir göstərir. Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir. Üstəgəl, mövsümün əsas zərərvericiləri olan ”şərq meyvəyeyəni", “şərq alma yeyəni” və Kaliforniya yastacasının aktiv fazasıdır, onlara qarşıda ayrıca mübarizə aparılmalıdır".

N.Nəsirlinin sözlərinə görə, üzümçülükdə isə temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə günəş yanıqlarının və büzüşmələrin əmələ gəlməsinə səbəb olur: “Havanın rütubətli olması və gecə müşahidə edilən soyuqlar bir sıra göbələk xəstəliklərinin - mildiu, oidium, ölü kol və sairin aktiv inkişafına səbəb olur. Digər tərəfdən hava şəraitində, xüsusən də gündəlik temperaturda müşahidə edilən kəskin tərəddüdlər (amplitud) üzümdə metobolizm, fotosintez kimi fizioloji proseslərin pozulmasına səbəb olur ki, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir edir”.

Əkinçiliyə gəlincə, ekspert bildirdi ki, əsasən biçində ciddi fasilələr yaradır, tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır, üstəgəl, biçilmiş məhsul xırmanda düzgün yerləşdirilməyibsə, nəm havaların təsiri ilə çürüməyə səbəb ola bilər: “Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.  Yemçilikdə isə  biçin prosesində fasilələrə səbəb olur, biçilərək sahədə quruma mərhələsində olan otun keyfiyyətinə pis təsir göstərir, ot qaralır və təsərrüfat əhəmiyyəti itir”.

Kəskin dəyişən hava şəraitinin tərəvəzçilik sahəsinə təsirindən danışan ekspert bildirdi ki,  açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun bəribaşdan əmtəəlik qabiliyyətini aşağı salır. Heyvandarlıq isə yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalar sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortda hiss edir.("Yeni Müsavat")

Məqalədə : Kənd təsərrüfatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
16

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
25

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
35

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
35

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
49

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
160

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 16:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru