Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
18:24
Baş Prokurorluq işə qəbulla əlaqədar namizədlərə müraciət edib

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcək:

- Azərbaycan Respublikasının Konstitusiyası;

- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

- “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61380

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65985

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60263

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60494
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 16:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru