Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
16:43
Bu gündən hərbi xidmətə növbəti çağırış başlayıb

“Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Nəsimi rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, Dövlət Himni ifa olunub.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb, ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərindən danışıb. Qeyd edib ki, gənclər ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduğunu bildirib.

Yolasalma mərasimində çağırışçı gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Nəsimi Rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

Tədbirin yüksək səviyyədə təşkilinə və vətənpərvərlik tərbiyəsində fəal iştiraklarına görə Nəsimi Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xatirə plaketi ilə təltif edilib.

Tədbirin bədii hissəsində incəsənət ustalarının çıxışları təqdim olunub, vətənpərvərlik mahnıları səsləndirilib.

Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.

Qeyd edək ki, iyulun 1-də Abşeron, Astara və Gəncə şəhər Nizami rayonlarında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrinin şəxsi heyətinin, rayonların rəhbərliyinin, şəhid ailələrinin, ictimaiyyət təmsilçilərinin, müharibə veteranlarının, çağırışçılar və onların valideynlərinin iştirakı iləgənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilib. 

Məqalədə : çağırış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8687

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9044

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8914

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13347

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8658
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-07-2020 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru