Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
15:19
4858
5 addımda arıqlama: Dietoloqlar inqilabi pəhrizdən danışdılar

Adətən artıq çəki ilə bağlı problemlər qarın nahiyyəsində başlayır. Səbəbi qara ciyəri, mədəaltı vəzini və böyrəkləri əhatə edən visseral yağlardır. Bu maddənin  təbii miqdarı  orqanizmin funksiyası üçün vacibdir, lakin artıq miqdarı ürək xəstəliklərinə və şəkər xəstəliyinə gətirə bilər.

FaktXeber.com-un məlumatına görə, dietoloqlar  visseral piyin konsentrasiyasını normallaşdıran  məhsulların adını açıqlayıb.

Toyuq əti orqanizmi enerji ilə təmin edən zülal mənbəyidir. Eyni zamanda tərkibində zərərli yağların  olmaması arıqlamağa şərait yaradır. Araşdırmalar zamanı məlum olub ki, yüksək miqdarda züllaların  istifadəsi ilə olan pəhriz gündə 80-100 kalorinin yandırılmasına səbəb olur.

Eyni effekti züllalla zəngin toyuq yumurtaları da verir. Pəhrizin mahiyyəti böyük enerji tələb edən zülalın yandırılmasındadır. Bunun nəticəsində aktiv şəkildə kalori itirilir.

Paxlalıları da unutmaq lazım deyil. Həmçinin qoz, yağın effektiv yandırılmasına kömək edir. Bundan başqa badam lif, zülal və yağlarla zəngindir. Bu isə kiçik porsiyalarla doymağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, badamda olan aktiv maddələr orqanizmin  insulinə qarşı həssaslığını artırır, bu isə diabet riskini azaldır.

Yaşıl çay da qarındakı piydən xilas olmağa imkan verir. Bu içki maddələr mübadiləsini fəallaşdıran antioksidantlarla zəngindir. Araşdırmaçılara görə, gün ərzində 4-6 fincan yaşıl çay visseral yağın səviyyəsini normallaşdıra bilər.

Balıq sevərlər də öz sevdikləri yeməklərdən imtina etmədən pəhrizdən yararlana bilərlər. Belə ki, sözügedən balıq zülallarla zəngin az kalorili məhsuldur.

Həkimlər bildirirlər ki, visseral yağın miqdarını  belin ölçüsü müəyyənləşdirə bilər. Əgər kişilərdə bel dairəsi 101 sm-i, qadınlarda isə 88 sm-i keçirsə, bu, həkimə müraciət etməyə və yemək vərdişlərini gözdən keçirməyə səbəbdir.

Unutmaq olmaz ki, sağlam qidalanma ancaq fiziki məşqlər və pis vərdişlərdən imtina ilə effektiv ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
15

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
311

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
661

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
278

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
989

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
204

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
377

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
240
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 09:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru