Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2019
12:43
3951
61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb

Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Bakıdakı xəstəxanalardan birinin Təcili Tibbi Yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.

Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı “ürək parçalanması”, “sınıq qəlb sindromu” olan xəstəlik aşkarlanıb.

İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.

Stress mənşəli kardiomiopatiya və ya takotsubo kardiomiopatiyası sol mədəciyin orta və xüsusilə zirvə hissəsinin tamamilə geri dönən tranzitor hərəkət qüsuru (hipokinez və ya akinez) ilə xarakterizə olunan ürək çatışmazlığı sindromudur.

Takotsubo sindromundan əziyyət çəkən xəstələrdə döş qəfəsində ağrılar və nəfəs darlığı ilə müşayiət olunan sarsıntı təkcə qorxu və kədər deyil, güclü sevinc hissinin yaşandığı anlarda da baş verə bilər. Kardiomiopatiyanın bu növündə ürək mədəcəyinin zirvəsində şarabənzər genişlənmə müşahidə olunur. Xəstəliyin əmələ gəlməsində ən mühüm amil emosional və ya psixi stresdir. Kişilərlə müqayisədə daha həssas olmaları, qadınların 90% hallarda xüsusən menopauzadan sonra, 60-70 yaşında "sınıq qəlb sindromu"na tutulma ehtimalını artırır.

Vaxtında qoyulmuş düzgün diaqnoz və müalicə ilə xəstələrdə 96% halda tam bərpa müşahidə olunur.

Məqalədə : ürək xəstəliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru