Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2019
19:06
1378
ABŞ-ın baş ağrısı olan silahdan bir üstünü istehsal edilir

Rusiya S-500 zenit-raket komplekslərinin istehsalına başlayır.

Bunu bu gün "Rostex" Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov "Rossiya-1" telekanalına müsahibəsində bildirib.

S.Çermezov yaxın vaxtlarla S-500-lərin Rusiya ordusunda silahlanmaya qəbul ediləcəyini söyləyib. "Rostex" rəhbəri S-400-lərlə müqayisədə S-500-lərin daha müasir və uzaqmənzilli silah kompleksləri olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu S-500-lərin 2020-ci ildə orduya təhvil verilməyə başlanılacağını bildirmişdi. Bu silah kompleksləri yaxın 25 il ərzində istifadə üçün yaradılır Bundan əvvəl Qərb mətbuatı S-500-lərin sınaqlar zamanı 481,2 km məsafədə hədəfi məhv etdiyini yazıb. Bu isə S-500-lərin hazırda dünyada mövcud olan hava hücumundan müdafiə sistemləri ilə müqayisədə 80 km daha uzaq mənzilli olduğunu göstərir.

Son zamanlar isə Rusiya istehsalı olan S-400 sistemləri ABŞ-ın başağrısına çevrilib. Belə ki, NATO ölkəsi olan Türkiyənin bu silahı alması ABŞ rəhbərliyində ciddi narahatçılıq yaradıb və Türkiyəni müxtəlif sanksiyalarla hədələyib. Buna səbəb isə S-400 komplekslərinin bölgədəki ABŞ hərbi təyyarələrini daha dəqiq şəkildə izləyə bilmə ehtimalıdır. Digər tərəfdən isə İran, Çin və Hindistan da S-400 kompleksləri ilə maraqlanmağa başlayıblar.

Məqalədə : S-500 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
265

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1889

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
408

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1349

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
479
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 09:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru