Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2019
14:50
4065
Qazlı, şirəli su içəndən 1 saat sonra orqanizmdə nə baş verir?

Qazlı, şirəli içki dedikdə, hazırda marketlərdə dəbdə olan şirin. çox qazlı, rəngli içkilər nəzərdə tutulur. Adi qazlı su və mineral sular bura daxil deyil. Az qala uşaqdan böyüyə hər kəsin narkotik kimi alışdığı və hər gün içdiyi bir butul qazlı, şirin suyun orqanizmdə anbaan yaratdığı zərərli fəsadları təqdim edirik.

İlk 10 dəqiqə - 250 ml-lik bir butul şirəli su ilə orqanizmə birdən birə 10 çay qaşığı şəkər daxil olur. Bu qədər miqdar insanın gündəlik dozasıdır, onu da hissə-hissə qəbul etməlidir. 10 qaşıq şəkərdən suyu adi halda içsə, insanda ürəkbulanma baş verər. Amma bu suları içəndə baş vermir, çünki əlavə olunan forfor turşusu şirniyyatın mənimsənilməsini yüngülləşdirir, o təzyiqi hiss etdirmir. 

20 dəqiqə sonra – qanda şəkər, qlükoza kəskin qalxır, mədəaltı vəz başını itirir və qana insuin buraxır. Qaraciyər bu qədər şəkərlə nə edəcəyini bilmir, onu piyə, yağa çevirib, özündə depolayır

40 dəqiqə sonra – kofein həll olur, bəbəklər genişlənir, təzyiq qalxır, qaraciyər bu dəfə qana şəkər atır. Beyin reseptorları qıcıqlanır, sakitləşdirici və yuxu gətirici reseptorlar bloklanır. İnsan sanki enerjilənir.

50 dəqiqə sonra – dofamin hormonu sintez olunur, bu da beynə həzz hissləri verir, onu sakitləşdirir. Bu hormon heroin qəbulundakı kimi işləyir.

1 saat sonra – suda olan həmin fosfor turşusu kalsium, maqniy, sinklə bağırsaqda birləşib metobolizmi sürətləndirir, nəticədə sidiklə kalsium yuyulub gedir, bu da sümüklərin zəifləməsi deməkdir. Yəni bu şirələr sümükləri yuyur. Xüsusən 3-15 yaş arası uşaqlar üçün bu dəhşətli fəsad deməkdir

1 saatdan sonra -  Orqanizmdə sidiklə lazımlı mikroelementlər çıxdığı üçün, beyində həzzverici hormon da azaldığı üçün, kofein və şəkər təsirini itirir, sidiyə getmələr çoxalır, bu da orqanizmin maye-duz balansını pozur, insan əsəbi, oyanıq və əzgin olur, beyin tormozlanır.

Bu içkilər uşaq və böyüklərdə ürək-damar, mədəaltı vəz, beyin, qaraciyər, böyrəklər, sinirlər, bağırsaq, sümükləri sıradan çxıarır. Depressiya, əsəb və nevroz yaradır./Medicina.az

Məqalədə : qazlı içki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
61

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
67

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
65

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
84

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
145
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 15:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru